"Zəngəzur torpaqları bizə qaytarılmasa, sülh sazişi nəyə lazımdır? Bizim gücümüz var" "Zəngəzur torpaqları bizə qaytarılmasa, sülh sazişi nəyə lazımdır? Bizim gücümüz var"

“Ermənistanla bağlanacaq sülh sazişinə qarşıyam, çünki...” - Sabiq nazir

"Zəngəzur torpaqları bizə qaytarılmasa, sülh sazişi nəyə lazımdır? Bizim gücümüz var"

“Zəngəzur dəhlizi deyəndə siz orada dəmir yolu da fikirləşə bilərsiniz, eksteritorial bir zolaq da düşünə bilərsiniz. İnsanlar var ki, Zəngəzur bölgə kimi fikirləşir. Çünki təxminən 100 il bundan qabaq bu torpaqlar qeyri-qanuni və ədalətsiz tərzdə Ermənistana verilib”.

Aznews.az xəbər verir ki, bu sözləri eks xarici işlər naziri Tofiq Zülfüqarov canlı yayımların birində səsləndirib.

Onun fikrincə, biz öz mövqeyimizi konkretləşdirməliyik:

“Məsələyə baxışı daha konkret eləmək üçün gərək baş vermiş geosiyasi dəyişiklikləri dərk eləyək. Birincisi, Ermənistanda bizə qarşı heç bir təhlükə yoxdur və yarana bilməz. Ermənistan qarşısında böyük bir təhlükə əmələ gəlib. 80 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan. Həm hərbi, həm iqtisadi-siyasi faktor kimi biri bu tərəfdə, o biri digər tərəfdədir. Demək ki, hər tərəfdədirlər. Bu baxımdan, baxış və mövqelərimiz də fərqli olmalıdır.

Bəzən deyirik ki, tələb olunmnalıdır ki, sülh sazişi olsun. Cənab Prezident də bu barədə dedi. Amma ictimaiyyətdə buna qarşı bəzi fikirlər var. Açıq deməliyik. Camaat deyir ki, Zəngəzur torpaqları bizə qaytarılmasa, sülh sazişi nəyə lazımdır? Bizim gücümüz var.

Niyə kimdənsə minnət istəməliyik ki, bizə dəmir yolu versinlər? Bu baxışlar üçün də geopolitik əsaslar əmələ gəlib.

Mən sülh sazişinə qarşıyam. Nəyə lazımdır bizə sülh sazişi, ona görə ki, sərhədlər təsbit olunsun. Nəyə görə? Ədalətsiz sərhədlər hansı ki, sovet vaxtında formalaşıb ki, ermənilərə bu torpaqlar verilir. İndi biz bu gücdə ola-ola bu saziş nəyimizə lazımdır? Bəs təzminat məsələsi nə şəkildə həll olunacaq? Təzminatı yaddan çıxartmayaq. Təzminat məsələsi həll olunmasa necə sülh sazişi bağlayacaqsınız? O da qəbuledilməzdir”