Turan Partiyasının başqanı: "Tokayevin hakimiyyətini birmənalı olaraq bərqərar etməsi Nazarbayevin məğlubiyyətidir" Turan Partiyasının başqanı: "Tokayevin hakimiyyətini birmənalı olaraq bərqərar etməsi Nazarbayevin məğlubiyyətidir"

"Nazarbayev həbs olunmuşdu" - partiya sədrindən sensasion açıqlama

Turan Partiyasının başqanı: "Tokayevin hakimiyyətini birmənalı olaraq bərqərar etməsi Nazarbayevin məğlubiyyətidir"

Turan Partiyasının başqanı Cahandar Bayoğlu Nursultan Nazarbayevin videomüraciətindəki məqamlarla bağlı AzNews.az analitik- informasiya portalına açıqlama verib.

“Nursultan Nazarbayev rəsmi “Youtube” kanalı üzərindən qazax xalqına iki dildə - qazax və rus dillərində videomüraciət yayımlayıb. Müraciətdən aydın olur ki, Nazarbayev iğtişaşlar başlayandan bu günə qədər həbsdə olub. Nazarbayev bir neçə gün öncə həbsdən azad edilib. Daha sonra müraciətin xalqa yönləndirilməsi üçün hazırlıqlar aparılıb. Həbsdən azad olan Nazarbayev görünür hansısa məqamlarda anlaşıb. Fikrimcə, gələcək həyatının təhlükədə olmayacağı, həbs edilməyəcəyinin qarantisini alıb. Özünün dediyi kimi təqaüddə olacaq. Müəyyən mənada Nazarbayev onun üzərindən qurulmuş bu oyunda geri çəkilmiş kimi dəyərləndirilməlidir. Baş verənlər bütün hallarda Nazarbayevin acı məğlubiyyəti kimi hesablanmalıdır. Rusiya təxribat qüvvələrinin yaratdığı iğtişaşın nəticəsi olaraq Tokayevin hakimiyyətini birmənalı olaraq bərqərar etməsi Nazarbayevin məğlubiyyətidir. Nazarbayev açıqlamasında həm də qısa hesabat xarakterli bildiriş verib. Qazaxıstanın ərazi bütövlüyünü, bölünməzliyini dilə gətirib. Özünü haqlı çıxarmaq niyyətini ortaya qoyub. Nazarbayevin müraciətini onun siyasi səhnədən çəkilib məsuliyyəti gələcəyin ixtiyarına buraxdığı kimi qiymətləndirmək olar”.

Cahandar Bayoğlu Rusiya Müdafiə Nazirliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının Qazaxıstanı tam tərk etməsi ilə bağlı yaydığı məlumata da münasibət bildirib:

“KTMT adı altında Rusiya silahlı qüvvələri Qazaxıstanı işğal etmişdi. Tamamilə Qazaxıstanı tərk etsələr də, Tokayevin rəhbərliyi altında olan Qazaxıstanın bütün qurum və quruluşlarını artıq Rusiyanın qurumları kimi dəyərləndirə bilərik. Bu gün bütövlükdə hərbi olmasa da, sivil formatda idarəçiliyin bütün quruluşlarında Qazaxıstan işğal altındadır. İşğalçı güclərin lideri də Tokayevdir. Qazax xalqı bu xəyanətin və baş verən proseslərin tam mahiyyətini aydınlaşdırdıqca ölkədə siyasi hərəkətlənmə fərqli istiqamətdə yönələcək. Qazaxıstan üçün gələcəkdə milli azadlıq hərəkatının başlayacağı da hesab edilə bilər”, - deyə partiya başqanı vurğulayıb.

Şəbnəm Zahir