- Siyasi müzakirə
- 8 İyun 2022 22:27
- 7 271
Arayik Arutyunyanın həbsi zaman məsələsidir
“Azərbaycan, onsuz da, əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək"- Zahid Oruc bildirib
Zahid Orucun fikrincə, Arayik Arutyunyanın həbsi zaman məsələsidir.
Bu barədə o öz Feysbuk səhfəsində paylaşım edib: “Azərbaycan, onsuz da, əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək. Bu, Qarabağda yaşayan ermənilərin də xeyrinədir. Onlar başa düşürlər ki, Azərbaycanın orta statistik qəsəbəsindəki əhali sayından azdırlar. Onların heç bir ərazi ilə xüsusi bağlantıları mövcud deyil. Ona görə də Arutyunyan və onun kimilərinə Ermənistan hakimiyyəti belə, ciddi yanaşmır. Rəsmi İrəvan özü də Arayikə hansısa qurumun rəhbəri kimi baxmır, bu ifadəni dilinə gətirmir. Bu gün heç Nikol Paşinyanın dilindən də “Dağlıq Qarabağ Respublikası” sözü çıxmır”, - deyə Zahid Oruc söyləyib.