- Siyasi müzakirə
- 3 Oktyabr 21:40
- 4 502
Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub
Avropa Parlamentinin Fransadan olan üzvü Natali Luazo oktyabrın 3-də Brüsseldə keçirilmiş iclasda Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndə Heyəti sədrinin birinci müavini seçilib. Bu seçki Azərbaycanda mənfi qarşılanıb.
Milli Məclisin deputatı Qaya Məmmədov "Report"a açıqlamasında bədnam Azərbaycanofob Luazonun təkcə Azərbaycana deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ziyan vurmağı özünə həyat missiyası etdiyini vurğulayıb.
Millət vəkili qeyd edib ki, Luazo kimi ekstremist və irqçi baxışlara malik bir şəxsin həmin vəzifəyə seçilməsi tamamilə səhv və təxribat xarakterlidir. O, Avropa Parlamentini vəziyyəti düzəltmək üçün təcili addımlar atmağa çağırıb.