- Siyasi müzakirə
- 16:14
- 2 316
"Tərəflər A-dan Z-yə bütün məsələləri müzakirə ediblər - Politoloq

"Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki, liderlər və heyətlər sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına əngəl olan ən mürəkkəb məsələləri geniş şəkildə müzakirə ediblər. Görüşdən sonra yayımlanan açıqlama və xəbərlər də göstərir ki, tərəflər A-dan Z-yə bütün məsələləri müzakirə ediblər".
AzNews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.
Görüşün yekunu olaraq hər hansı sənədin imzalanmaması və ya ortaq bəyanatın qəbul edilməməsi narahatlığa əsas vermir. Dialoq genişlənib. Önəmli olan budur. Bütün hallarda Nikol Paşinyan Konstitusiya dəyişikliyini ləngitməməlidir. Sülhün açarı bundadır.
AzNews.az