- Siyasi müzakirə
- 00:15
- 1 298
Böyük ehtimalla çoxluq müstəqilliyə səs verəcək - DEPUTAT

"Gələn ilin fevralında Yeni Kaledoniyada növbəti referendum keçiriləcək. Oradakı müstəqillik tərəfdarları(aborigen kanaklar) və əleyhdarları(gətirilmə fransızlar) arasında 10 günlük danışıqlardan sonra belə bir razılaşma əldə edilib".
Bu barədə AzNews.az-a millət vəkili Sahib Alıyev açıqlama verib. Deputat deyib:
"Əgər Paris əvvəlki referendumlarda olduğu kimi hoqqabazlığa əl atmasa, böyük ehtimalla çoxluq müstəqilliyə səs verəcək və beləliklə, Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya Dövləti yaradılacaq ki, onu digər ölkələr də tanıya bilər.
Əminəm ki, Yeni Kaledoniyanın müstəqilliyini ilk tanıyanlardan biri Azərbaycan olacaq. Çünki məhz Azərbaycanın yumşaq güc tətbiqi, Bakı Təşəbbüs Qrupunun dekolonizasiya və insan hüquqlarının qorunması yönündəki ardıcıl fəaliyyəti nəticəsində Fransa geri çəkilib.
Və belə görünür ki, kanakların ardınca neokolonializmdən əziyyət çəkən digər xalqlar da azadlıqlarına qovuşacaqlar".
AzNews.az