"Regionumuzun xalqları yeni bir kitabın səhifələrini açılır" - Deputat

"Bu gün Cənubi Qafqazın həyatı üçün tarixi bir gündür. Çünki, Cənubi Qafqaz tarixən müharibələrin davam etdiyi bir region olmuşdur. O cümlədən Cənubi Qafqazda baş verən əksər müharibələr bu regiona aid olmayan qüüvələr tərəfindən qızışdırılıb, aparılıb . Amma əziyyət çəkən isə bu regionun xalqları olub. Kənar qüvvələr regionumuzun xalqlarını üz-üzə qoymaqla aralarında ədavət salmağa çalışmışlar".

Bu barədə AzNews.az-a millət vəkili Azər Badamov açıqlama verib. O, sözlərinə belə davam edib:

"Çünki, bu region coğrafi baxımdan kənar güclər üçün həmişə maraqlı olmuşdur. Bu gün isə yeni tarixin başlanğıcı qoyulur. Bu günki yeni tarixin başlanğıc səhfəsini 27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev açdı. Artıq 5-ci ildir ki, regionumuzun xalqları yeni bir kitabın səhifələrini açır və gələcəyə böyük ümidlərlə baxır. O ümidlər ki, müharibələrə yox, əməkdaşlıq və inkişaf üzərində qurulub. Azərbaycan xalqının hərb meydanında yaratdığı yeni reallıqı bu gün Vaşinqtonda masa arxasında sənədlərlə təsdiq olunur".

AzNews.az