Bu gün Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb. Bu gün Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb.

Mühacirləri daşıyan gəmi batdı - 10 ölü

Bu gün Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mühacirləri daşıyan gəmi Yunanıstanın Midilli adasına keçmək istəyərkən qəzaya uğrayıb.

Gəmidəkilərdən 43-nü xilas etmək mümkün olsa da, 5-i azyaşlı olmaqla, 10 nəfər batıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bölgədə Sahil Təhlükəsizlik Qrupları tərəfindən axtarış tədbirlərinə başlanılıb.