- Köhnə - Region
- 1 Fevral 2016 23:16
- 4 765
Narkotik satışı ilə məşğul olan azərbaycanlı tutuldu - Rusiyada

Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Azərbaycan vətəndaşının qanunsuz fəaliyyətinin qarşısı alınıb. O, Barnaul şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olurdu.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, istintaqın versiyasına görə, narkotikləri o, öz həmyerlilərindən alırdı, daha sonra isə əvvəlcədən tapdığı daimi müştərilərinə satırdı. Satış haqqında telefonda danışaraq razılığa gəlirdi.
Altay vilayətinin prokurorluğu cinayət işinin baxılması üçün Barnaul şəhəri Oktyabr rayon məhkəməsinə göndərib.