Rusiya Qırğızıstan və Tacikistanı nəzarətə götürür

Moskva Qırğızıstan və Tacikistan ordusuna hərbi yardım etməyə hazırlaşır. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi Moskva bu məqsədlə 1.5 milyard dollar vəsait ayıracaq və onun bir hissəsi 2013-cü ildə rəsmi Bişkekə təqdim ediləcək.

Rusiyanın "Kommersant" qəzetinin məlumatına görə, ayrılan vəsait ordunun yenidən silahlanmasına xərclənəcək. Bundan əlavə qəzet yazır ki, tərəflər arasında razılaşma Baş nazirin müavini İqor Şuvalovun Bişkekə səfəri zamanı əldə olunub, daha sonra prezident Putin tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Almazbek Atambayevin noyabrın 14-15 Moskvaya nəzərdə tutlmuş səfəri zamanı bu məsələnin bir daha müzakirə olunması gözlənilir.

Sadiq Musa
AzNews.az