Azərbaycanla Dağıstan sərhədində terror – 4 ölü, 5 yaralı

Dağıstanın Dərbənd rayonunda terror aktı törədilib.


AzNews.az RİANovosti-yə istinadən xəbər verir ki, sərhəd-keçid məntəqəsində polis əməkdaşları avtomobili yoxlayarkən partlayış baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Ölənlərdən 2-si polis əməkdaşı, 2 nəfər isə mülki vətəndaşdır.
Yaralılar xəstəxanaya çatdırılıblar.

Aydan AXUNDOVA