Moskvada şəhərin arxitekturasına zidd olan və sənədləri qaydasında olmayan ticarət obyektlərinin kütləvi söküntüsü kampaniyasında azərbaycanlılar da ziyan çəkir. Çünki belə obyektlərin bir çoxunun sahibi azərbaycanlılardır. Moskvada şəhərin arxitekturasına zidd olan və sənədləri qaydasında olmayan ticarət obyektlərinin kütləvi söküntüsü kampaniyasında azərbaycanlılar da ziyan çəkir. Çünki belə obyektlərin bir çoxunun sahibi azərbaycanlılardır.

Azərbaycanlı biznesmenin “Piramida”sı sökülür - Moskvada

Moskvada şəhərin arxitekturasına zidd olan və sənədləri qaydasında olmayan ticarət obyektlərinin kütləvi söküntüsü kampaniyasında azərbaycanlılar da ziyan çəkir. Çünki belə obyektlərin bir çoxunun sahibi azərbaycanlılardır.


AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, Moskvanın mərkəzindəki "Piramida" ticarət mərkəzinin də sökülməsinə qərar verib. Sahəsi 1500 kvadrat metr olan həmin ticarət mərkəzinin 1000 kvadratmetrlik hissəsinin mülkiyyətçisi Azərbaycan vətəndaşı Ramin Bəşir oğlu Sultanlıdır.

"Vedomosti" yazır ki, ticarət mərkəzində mağazalar bağlanır, icarəçilər mallarını və avadanlıqlarını tələsik çıxarırlar. Tverskoy meydanında yerləşən ticarət mərkəzinin sahibi tərəfindən könüllü sökülməsi fevralın 22-nədək təxirə salınıb. Həmin vaxta qədər obyekt sökülməsə meriya onu məcburi sökəcək. Ticarət Mərkəzinin qalan 500 kvadratmetrlik hissəsinə məhkəmə qərarı ilə həbs qoyulub. Tverskoy metro stansiyasındakı 104 "samastroyka" obyektdən 96-nın sökülməsi barədə qərar çıxarılıb. Onların əksəriyyəti keçmiş sovet respublikalarından olanlara məxsusdur.