Rusiya Müdafiə Nazirliyi Suriyada hospitala aviazərbələr endirilməsi barədə Türkiyənin ittihamlarını təkzib edib. Rusiya Müdafiə Nazirliyi Suriyada hospitala aviazərbələr endirilməsi barədə Türkiyənin ittihamlarını təkzib edib.

Xəzərdən atılan raketlə bağlı - Rusiyadan açıqlama

Rusiya Müdafiə Nazirliyi Suriyada hospitala aviazərbələr endirilməsi barədə Türkiyənin ittihamlarını təkzib edib.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi general İqor Konaşenkov xəbər verib.

Onun sözlərinə görə, rəsmi Ankaranın Rusiyanın Xəzər dənizi donanmasına aid gəmidən ballistik raketlərlə atəş açmasına dair məlumatları həqiqətə uyğun deyil.

"Ukraynada səfərdə olan baş nazir Əhməd Davudoğlu Rusiyanın guya Xəzər dənizinin akvatoriyasından İdlib əyalətində xəstəxananı ballistik raketlə vurması haqqında danışıb.

"Bildirmək istəyirəm ki, Xəzər donanmasının tərkibində olan heç bir gəmidə ballistik raketlərin atılmasını həyata keçirən sistem yoxdur", - deyə İqor Konaşenkov bildirib.

"Suriyanın ayrı-ayrı yerlərində xəstəxana və məktəbin güya atəşə tutulması barədə yayılan hər iki xəbərin ilkin məlumatları bir yerdən gəlir - Qaziantep, Türkiyə. Bu barədə informasiya yazan saxtakarlar görünür ki, müəlliflər və ya saytın redaktorlarının diqqətsizliyi üzündən mənbə yeri dərc edilib", - deyə general qeyd edib.

Konaşenkov bildirib ki, fevralın ortasından Türkiyə Suriyanı atəşə tutmağa başlayıb.

"Keçən həftənin sonundan Türkiyə böyuk kalibrli artilleriyadan Suriya hökumət qoşunlarına, həmçinin sərhəd rayonlarında olan "vətənpərvər müxalifət dəstələrinə" artilleriya zərbələri endirir", - Konaşenkov deyib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynanın baş naziri Arseni Yatsenyuk ilə görüşündə bildirib ki, Rusiya Xəzərdən buraxdığı raketlərlə Suriyada məktəb və xəstəxanaya zərbə endirib. Rusiya Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azəz rayonuna havadan 10 raket zərbəsi endirib. Rus döyüş təyyarələrinin bombardmanı nəticəsində raketlərdən biri uşaq xəstəxanasının yaxınlığına düşüb.