Rusiyanın atom sualtı qayığı ABŞ sahillərində

ABŞ hərbiçiləri ölkənin su sərhədlərində Rusiyaya məxsus atom sualtı qayığı aşkarlayıblar. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı CNN adının çəkilməsini istəməyən mənbəyə istinadən verib.

Məlumatda deyilir ki, atom sualtı qayığı oktyabrda ABŞ-ın şərq sahillərində aşkarlanıb. Qayıq ABŞ-ın daxili sularına daxil olmadan geri - Atlantik okeanının Avropa sahillərinə qayıdıb.

Ekspertlər isə Rusiyaya məxsus atom sualtı qayığının ABŞ sahillərində ilk dəfə göründüyünü nəzərə alaraq, hadisəni ciddi fakt və Amerikaya qarşı mesaj kimi xarakterizə edirlər.

Sadiq Musa
AzNews.az