Rusiya və Ukrayna razılığa gəldi – Daşımalar bərpa olunur

Rusiya və Ukrayna yük maşınlarının daşınmasının bərpası barədə razılığa gəliblər.


AzNews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Rusiyanın Nəqliyyat Nazirliyi və Ukraynanın İnfrastruktur Nazirliyi fəaliyyətdə olan normativ-hüquqi bazaya əsasən 25 fevral saat 00:00-dan tranzit də daxil olmaqla yük maşınlarının daşınmasının bərpası barədə razılığa gəliblər" – deyə, məlumatda qeyd olunur.

Aydan AXUNDOVA