Rusiyanın Vorkuta şəhərində “Severnaya” şaxtasında təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Rusiyanın Vorkuta şəhərində “Severnaya” şaxtasında təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

Rusiyada şaxtada təkrar partlayış - 6 ölü, 5 yaralı

Rusiyanın Vorkuta şəhərində “Severnaya” şaxtasında təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.


AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, operativ qərargahdakı mənbə partlayışın yerin 748 metr dərinliyində meydana gəldiyini bildirib.

Fevralın 25-də "Severnaya" şaxtasında metan qazının partlaması nəticəsində uçqun və yanğın baş verib. Hadisənin ilk saatlarında mədəndəki 111 şaxtaçının 81-i xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Yer altında qalan 26 şaxtaçının taleyindən isə hələ bir xəbər yoxdur və onlarla bütün əlaqə kəsilib. Qəza anında şaxtaçılar yerin 780 metr dərinliyində olublar.

Hadisə ilə bağlı cinayət işi açıb.