- Köhnə - Region
- 1 Mart 2016 23:59
- 7 115
Dazbaşlar ayağa qalxdı - Dördyaşlı qızın qətlinə görə
Rusiya paytaxı Moskvanın "Oktyabrskoe pole" metrostansiyası yaxınlığına millətçilər toplaşmağa başlayıb.
AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə hazırda orda olan "Russkiyi" millətçi hərəkatının rəhbəri Dmitri Demuşkin xəbər verib.
Demuşkin qeyd edib ki, metrostansiyası yaxınlığına yığışan millətçilər özünü sakit aparırlar.
"Yuz əlliyə yaxın millətçi "Oktyabrskoe pole" metrostansiyası yaxınlığına toplaşıb. Bura yığışanlar özünü sakit aparır. Artıq bura polis əməkdaşları toplaşır", - deyə millətçi Dmitri Demuşkin bildirib.

Dmitri Demuşkin millətçilərin başçısı
Daha əvvəl bildirilirdi ki, Moskva sakinləri "Oktyabrskoe pole" metrostansiyası yaxınlığında özbəkistanlı dayə tərəfindən öldürülən dördyaşlı qızın qətlə yetirildiyi yerə güllər gətirirlər. Millətçilərin tədbiri yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.
"Russkiyi" millətçi hərəkatı qeyri ruslara qarşı "Rus marşı" adlı aksiyanın keçirilməsi ilə tanınır. Hər dəfə belə aksiyalar zamanı millətçilər qarşılarına çıxan miqrantlara hücüm edir və onları döyürlər.
Özlərini "skinhed" (dazbaş) adlandıran rus millətçiləri indiyədək yüzlərlə qeyri-rus millətiindən olan şəxslərə hücum edərək onları qətlə yetiriblər. Rusiya İnsan Haqları Təşkilatı "skinhed"lərin hücumuna məruz qalanların əsasən Qafqaz və Mərkəzi Asiya vətəndaşları olduğu bildirilir.