- Köhnə - Region
- 19 Mart 2016 21:25
- 5 999
İstanbul terrorunda həyatını itirənlər əcnəbidir - Adlar
Bu gün İstanbulun “Taksim” meydanına yaxın ərazidə törədilən terror aktında həyatını itirənlərin adları məlum olub.
Bu barədə məlumat "Sabah" qəzətinin saytında yer alıb.
Məlumata görə, terror qurbanı olan şəxslərin hər biri əcnəbidir. Hadisə nəticəsində 3 İsrail vətəndaşı və bir iranlı həyatını itirib.
Xəbər verilir ki, hücumda İsrail vətəndaşları, Simha Simon Demri, Yonathan Suher, Avraham Qodman və İran vətəndaşı Əli Rza Xalman həlak olub.
Musavat.com