- Köhnə - Region
- 19 Mart 2016 22:52
- 5 091
“Terrorçuluğa qarşı qətiyyətli mübarizəni davam etdirəcəyik” - Davudoğlu
Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, İstanbulda törədilən partlayışın qurbanlarının əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır.
"Terror aktı nəticəsində ölənlərin əksəriyyəti əcnəbidir. İstintaq davam etdirilir, yaxın zamanda bunun üstü açılacaq. Terrorçu-kamikadzelərin bu cür hücumları Türkiyənin terrorla mübarizədəki mövqeyinin nə qədər düzgün olduğunu göstərir. Terrorçular bu cür hücumlarla məqsədlərinə çatmayacaqlar, biz terrorçuluğa qarşı qətiyyətli mübarizəmizi davam etdirəcəyik", - deyə Əhməd Davudoğlunun yazılı bəyanatında bildirilir.
Qeyd edək ki, İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
Apa