- Köhnə - Region
- 20 Mart 2016 22:39
- 7 907
Ərdoğanın ailəsində özəl gün - Təxirə salınmış nişan baş tutdu
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan Səlcuq Bayraqdar ilə Tarabya Köşkündə nişanlanıb.
Nişan mərasimi iki ailə arasında keçirilib. Günortadan sonra baş tutan mərasimdə Ərdoğanın və Bayraqdarın ailə üzvləri iştirak ediblər. Həmçinin, nişana təxminən bir həftədir müalicə alan Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdar da qatılıb.
Mərasim ərəfəsində geniş təhlükəsizlik tədbirlərinin alındığı Tarabya Huber Köşkünün ətrafına mətbuat nümayəndələrinin yaxınlaşmasına icazə verilməyib.
Qeyd edək ki, Süməyya Ərdoğan ilə Səlcuq Bayraqdar arasında ötən həftə keçirilməsi planlaşdırılan nişan mərasimi Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdarın narahatlığı səbəbindən təxirə salınmışdı.
Qafqazinfo