8 bölgədə hərbi təlimlər başladı

Bu gündən etibarən İranda genişmiqyaslı hərbi təlimlərə start verilir. Bu barədə məlumatı "Fars" xəbər agentliyi yayıb.

Məlumata görə, İslam İnqilabı Müdafizəçiləri Korpusunun təşkil etdiyi təlimlər Xorasan, Sistan və Bəluçistan, Fars, Kirman daxil olmaqla 8 əyalətdə keçiriləcək.

Təlimlərə F 4, F5, F7, F14 qırıcıları da daxil olmaqla çox sayda hərbi texnika cəlb edlib.

Alpər
AzNews.az