- Köhnə - Region
- 24 Mart 2016 20:53
- 8 962
Türkiyədə terror can almaqda davam edir - 5 ölü, 15 yaralı (Yenilənib)
Türkiyənin Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub.
"Hürriyyət" qəzetinin verdiyi məlumata görə, əməliyyat zamanı doqquz xüsusi təyinatlı yaralanıb.
Bildirilir ki, xüsusi təyinatlılar şəhərdəki binalardan birində əməliyyat keçirdiyi zaman partlayıcı qurğu işə düşüb.
Bundan başqa, Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb. PKK-çıların partlayıcı qurğunu işə salması nəticəsində yaralanan təhlükəsizlik əməkdaşları xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
APA.az
***
12:50
Mardində terror əməliyyatı zamanı əsgərlər tələyə düşüb.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, güc strukturlarının əməliyyat əsnasında daxil olduğu binada öncədən quraşdırılmış əl bombası partlayıb.
Partlayış nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların müalicəsi davam etdirilir.
Aydan Axundova