- Köhnə - Region
- 25 Mart 2016 23:02
- 6 602
Təcili tibbi yardım helikopteri qəzaya düşdü - 10 ölü
İranın Fars vilayətində təcili tibbi yardım helikopterinin qəzaya uğraması nəticəsində 10 nəfər həyatını itirib.
Bu barədə AzNews.az Trend-ə istinadən xəbər verir.
"Altı ekipaj üzvü, bir qəza texniki və üç yaralı xəstə yerli vaxtla 20:30-da baş verən qəza nəticəsində ölüb", - deyə vilayətin general-qubernatorluğunun nümayəndəsi bildirib.