Beynəlxalq axtarışda olan azərbaycanlı saxlanıldı - Rusiyada

Rusiyanın Sverdlovsk vilayətində "Axtarış" dövlətlərarası əməliyyatı zamanı cinayət törətməkdə şübhəli bilinən 250 nəfər saxlanılıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Saxlanılanlar arasında beynəlxalq axtarışda olan 9 MDB ölkəsi vətəndaşı, o cümlədən bir azərbaycanlı da var. Əməliyyatçılar tərəfindən tutulan Azərbaycan vətəndaşı sağlamlığa qəsdən yüngül xəsarət yetirməkdə şübhəli bilinir.
Əməliyyat 16-17 mart tarixlərində aparılıb.