Türkiyədə terror hücumlarının və terrora qarşı əməliyyatların 265 günlük statistikası yayımlanıb. Türkiyədə terror hücumlarının və terrora qarşı əməliyyatların 265 günlük statistikası yayımlanıb.

Türkiyədə 4432 terrorçu məhv edilib, 10326 nəfər saxlanılıb – 265 günün şok statistikası

Türkiyədə terror hücumlarının və terrora qarşı əməliyyatların 265 günlük statistikası yayımlanıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 2015-ci il iyulun 22-dən indiyə qədər əsasən PKK-lılar olmaqla 4432 terrorçu məhv edilib.

Əsasən PKK və onun gənclər təşkilatı olan YDG-yə qarşı aparılan əməliyyatlar zamanı 10326 nəfər saxlanılıb. Onlardan 3387-si həbs edilib.

2015-ci il iyulun 7-dən 2016-cı il martın 17-sinə kimi 377 nəfər təhlükəsizlik işçisi şəhid olub. Terror hücumları nəticəsində həyatını itirən mülki vətəndaşların sayı isə 285 nəfərdir. Onlardan 11-i uşaq, 17-si isə xaricilərdir.



Aydan AXUNDOVA