Rusiya Ermənistana satdığı qazın qiymətində endirim edəcək. Rusiya Ermənistana satdığı qazın qiymətində endirim edəcək.

Putindən Sarkisyana daha bir jest - Qazın qiymətini bir az da aşağı saldı

Rusiya Ermənistana satdığı qazın qiymətində endirim edəcək.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, əldə olunan razılığa əsasən təbii qazın qiyməti 12% azaldılacaq. Bu barədə xəbəri erməni mətbuatı yayıb.

Ötən ilin yanvar ayında Ermənistan hakimiyyəti Rusiya Federasiyasına müraciət edərək bu ölkəyə idxal edilən təbii qazın tarifinin aşağı salınmasını istəyib. 2015-ci ilin sentyabrında imzalanan protokola əsasən Rusiyadan ixrac edilən min kubmetr təbii qazın baza qiyməti 189 dollardan 165 dollara qədər endirilib. Bu qərar 2016- cı ilin aprel ayının 1-nə qədər qüvvədədir.

Lakin qiymətlərin azaldılması yerli istehlakçılara heç bir təsir göstərməyib. Əhali təbii qaza görə, "Qazprom Ermənistan" şirkətinə min kub metri 320 dollardan vəsait ödəməkdə davam edir. İri istehsalçılar isə 272 dollardan təbii qaz üçün vəsait ödəyir.

Yeni protokol imzalandıqdan sonra 12% endirimlə təbii qazın qiymət 165 dollardan 146 dollara endiriləcək. Əgər istənilən razılıq əldə olunarsa bu baradə aprelin 7-8-də Rusiya baş naziri Dmitri Medvedyevin Ermənistan səfərində elan ediləcək.

Yeni qiymətlərlə qazın satılmasına aprelin 1 dən başlanılır. Bundan başqa, Ermənistanın ictimai xidmətlərin tənzimlənməsi üzrə komissiyası fövqəladə iclas keçirərək, burada istehlakçıları üçün tariflərin azaldılması barədə qərar qəbul edəcək.

"Qazprom Ermənistan" Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana nəql olunan qazın paylanması və satışı, inhisarçı hüququna malikdir. 2013-cü ilin dekabrında "Qazprom" və "Qazprom Ermənistan" 2014-2018 ci ilə qədər Ermənistana qazın ötürülməsinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən "Qazprom" hər il Ermənistana 2.5 milyon kub metr qaz ixrac edir.