- Köhnə - Region
- 31 Mart 2016 15:43
- 8 714
Erməni hərbçini “tok” vurdu – Digəri cəbhədə yaralandı
Martın 30-da Ermənistan tərəfindən atəşkəsin pozulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi atəş zərbəsi nəticəsində erməni hərbçi yaralanıb.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanan hərbçi 19 yaşlı David Qriqoryandır. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arstrun Ovannisyan təsdiqləyib.
Bu gün isə İrəvanda erməni hərbçisi Sargis Manukyan cərəyan vurmasından ölüb. O, səhər saatlarında huşsuz vəziyyətdə elektrik stansiyasının içərisində tapılıb. Manukyan xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma başladılıb.
Aydan AXUNDOVA