Erməni ordusunun böyük iflası - Qarabağdan qaçan əhali

Ermənistan ordusu itkilərini gizlətməyə çalışsa da, onların vəziyyətinin nə qədər acınacaqlı olduğu özlərinin kütləvi informasiya vasitələrində yaydıqları videokadrlardan da görünür.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, həmin videokadrlarda Ermənistan tərəfinin böyük itkilər verdikdən sonra artıq orduya qocaları da cəlb eləməyə başladıqları görünür. Görünən odur ki, orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti yaşı 60-ı ötmüş, ayaq üstə güclə dayanan ağsaqqallardır. Hərəkət etməyə belə çətinlik çəkən qocalar döyüşlərə qatılmaq istədiklərini deyirlər.

Videoda diqqət çəkən məqam ondan ibarətdir ki, orduya yola düşmək istəyən şəxslərin yanında bir nəfər də olsa hərbçi yoxdur. Onlar özbaşına olaraq avtobuslara doluşaraq cəbhə bölgəsinə gedirlər.

Orduya əsgər axtaran Ermənistan höküməti veteranları toplamaqla necə aciz vəziyyətdə olduğunu göstərir. Hərəkət etməyə belə çətinlik çəkən həmin qocaların Azərbaycanın qüdrətli ordusu ilə necə döyüşəcəyi sual doğurur.

Videokadrlar barədə açıqlama verən Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov deyir ki, ermənilər o qədər rəzil gündədirlər ki, yaşı 60-70 olan qocaları avtobuslara dolduraraq cəbhəyə göndərirlər: "Onlar guya Azərbaycan əsgərinə qarşı döyüşməyə gəlirlər. Bu video sosial şəbəkələrdə böyük məsxərəyə qoyuldu. Çünki hər kəsin düşüncəsi ondan ibarət idi ki, özündən razı erməni hakimiyyəti elə bir günə qalıb ki, onlar yaşlıları cəbhəyə göndərirlər. Ermənistan ordusu hətta o qədər ağır vəziyyətdədir ki, Xankəndindən, Şuşadan kilsədən müxtəlif, yaşlı şəxsləri ordu sıralarına səfərbər edirlər və bunu da reklam edirlər".

Yerli mətbuatın məlumatına görə, ötən gün səhər saatlarından Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusulə Ağdərə və Kəlbəcərdə xaricdən gətirilib məskunlaşdırılan ermənilər yaşadıqları bölgələri tərk etməyə başlayıblar. Bu zaman hərbçilərlə həmin şəxslər arasında ciddi qarşıdurma da yaranıb.

Bildirilir ki, Ağdərənin Tərtərlə yaxın kəndlərində erməni hərbçilərlə mülki əhali arasında baş verən insident zəminində xeyli sayda ölən və yaralananlar da olub. Hadisəni telefonla görüntüyə alan 2 erməni gənc isə hərbçilər tərəfindən yerindəcə güllələnib.

Gənclərin güllələnməsindən sonra qarşıdurma güclənib və hərbçilər cəbhəboyu kəndlərin əhalisinin boşaltmalarının qarşısını almaqda əziyyət çəkiblər və əhali kəndlərin kütləvi boşaltmağa başlayıb.

İrəvana gedən insanlar Ermənistanı tərk etmək istəsələr də, hava limanından ölkədən çıxmağa imkan tapmayıblar.

Bu məlumatın heç də təsadüfi olmadığını erməni jurnalist Şaqen Nazaryan Rusiyanın "Komsomolskaya Pravda" qəzetinə müsahibə verərkən də bildirib. Jurnalist bildirib ki, Şuşa boşalır, insanlar evlərini tərk edir, Dağlıq Qarabağda könüllülərin səfərbərliyi aparılır, mülki əhali isə tələsik evlərini tərk edir:

"Hazırda mən özüm Rusiyadayam, amma anam da daxil olmaqla bütün qohumlarım Qarabağdadır. Bu gün anamla danışmışam. O dedi ki, şəhərdə kişilər səfərbər edilir, evlər boşaldılır. Cənubda – Hadrutda isə qızğın döyüşlər gedir. Əgər vəziyyət dəyişməsə, qohumlarım uşaqları dəhliz vasitəsi ilə İrəvana gətirəcək" - deyə jurnalist əlavə edib.

Nazaryan onu da qeyd edib ki, xəstəxanalar yaralılara qan çatdırmaqda çətinlik çəkir.