15 min evin isə nə vaxt tikiləcəyi məlum deyil 15 min evin isə nə vaxt tikiləcəyi məlum deyil

Zəlzələ zonasındakı soydaşlarımızın həyatı təhlükədə

15 min evin isə nə vaxt tikiləcəyi məlum deyil



İranın Şərqi Azərbaycan vilayətində bu ilin avqustunda baş verən zəlzələdə evləri dağılan minlərlə insanın problemləri sırasına kəskin hava şəraiti də əlavə olunub. Dünəndən başlayaraq yağan qar çadırlarda yaşayışı daha da çətinləşdirib.

"Baybak" saytı xəbər verir ki, bu yaxınlarda hökumət rəsmilərinin zəlzələ bölgəsində 15 minə yaxın evin tikilməsi barədə məlumatları həqiqətə uyğun deyil: "Zəlzələdə evlərini dağılan soydaşlarımız çadırlarda məhbus qalıblar.

Rejimin utanmaz yetkililəri "15000 ev tikildi" başlıqlı xəbər yaysalar da, xəbərin mətnində "evlər tikilir və yaxın zamanda təhvil veriləcək" deyə izahat verirlər. SEPAH yetkilisi utanmazcasına "1000 ev tikildi" desə də, o evlərin harada tikildiyi və kimə verildiyi barədə izahat istənildikdə gələn həftə açıqlama veriləcəyini vurğulayıb".

Saytın məlumatına görə, zəlzələ bölgəsində soyuq və qarlı hava şəraiti insanların vəziyyətini daha da pisləşdirəcək.

Xatırladaq ki, bir müddət əvvəl zəlzələdən sonra ailəsi ilə birlikdə çadırda yaşayan 2 yaşlı qızın soyuqdan öldüyü barədə məlumat yayılıb.

Alpər Oğuz
AzNews.az