Ermənistan Nazirlər Kabineti silah idxalı barədə Rusiya ilə imzalanan hökumətlərarası razılaşmanın həyata keçirilməsi barədə qərar layihəsini təsdiq edib. Ermənistan Nazirlər Kabineti silah idxalı barədə Rusiya ilə imzalanan hökumətlərarası razılaşmanın həyata keçirilməsi barədə qərar layihəsini təsdiq edib.

Ermənistan Rusiyadan silah alır – 200 milyonluq

Ermənistan Nazirlər Kabineti silah idxalı barədə Rusiya ilə imzalanan hökumətlərarası razılaşmanın həyata keçirilməsi barədə qərar layihəsini təsdiq edib.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, layihə 200 milyon dollar məşləğində silah idxalını nəzərdə tutur.

Qeyd edək ki, Rusiya silahlarının Ermənistana ixrac edilməsi üçün dövlət krediti razılaşması ötən il iyunun 26-da imzalanıb. Razılaşma ödənişin güzəştlə 2018-ci ilin əvvəllərinə kimi təxirə salınmasını nəzərdə tutur.

Aydan AXUNDOVA