- Köhnə - Region
- 18 Aprel 2016 10:03
- 6 572
Türkiyə neft emalı zavadunda yanğın - Ölən və yaralananlar var
Tüpraş İzmit neft emallı zavodunda yanğın baş verib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğın dünən Türkiyə saatıyla 22:40 radələrində baş verib. Yanğına istehsal olmayan xam neft sahəsində baxım işləri aparılan zamanı qaynaq edilərkən sıçrayan qığılcımın səbəb olduğu ehtimal edilir. Təxminən 1 saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülə bilib.
Məlumata görə, yanğın zamanı işçilərdən biri hadisə yerindəcə keçinib. Xəstəxanaya çatdırılan 4 nəfər yaralı işçininsə müalicəsi davam edir.
Aydan AXUNDOVA