Türkiyə Rusiya vətəndaşlarına vizasız rejim tətbiq edir. Türkiyə Rusiya vətəndaşlarına vizasız rejim tətbiq edir.

Türkiyədən Rusiyaya jest – Vizasız rejimə keçir

Türkiyə Rusiya vətəndaşlarına vizasız rejim tətbiq edir.


AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Moskvadakı səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, vizasız rejim xidməti pasportu olan Rusiya vətəndaşlarına aprelin 15-dən etibarən tətbiq olunur.

Bundan əlavə məlumatda qeyd olunur ki, xidməti pasport sahibləri, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı diplimatik nümayəndəliklərinin əməkdaşları və konsul müəssisələrində daimi xidmətdə olanlar, eləcə də onların ailə üzvləri ölkəyə vizasız giriş həyata keçirə biləcəklər.

"Vizasız rejim diplomatik və ya ümumvətəndaş pasportlarına sahib Rusiya Federasiyasının vətəndaşları üçün qüvvədə qalır", - deyə səfilrikdən bildirilib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya tərəfi xidməti pasporta sahib Türkiyə vətəndaşlarının ölkəyə girişi üçün eyni cavab tədbirləri görüb.



Aydan AXUNDOVA