Bu dəqiqələrdə Ermənistanda yürüş başlayıb. Bu dəqiqələrdə Ermənistanda yürüş başlayıb.

Ermənistanda Rusiya səfirliyi qarşısında aksiya

Bu dəqiqələrdə Ermənistanda yürüş başlayıb.


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yürüş iştirakçıları Rusiya səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Rusiyada həbs edilən Levon Ayrapetyanın azadlığa buraxılmasını tələb ediblər.

Aksiya iştirakçıları öncə Ermənistan Xarici İşlər Nazirliyinin önünə toplaşıblar. Onlar Ayrapetyanın azadlığa çıxarılması işində vasitəçi olmaq tələbi əks olunan məktubu nazirliyə təqdim etmək istəyiblər. Yürüş iştirakçıları XİN-dən dərhal rusiyalı həmkarları ilə əlaqə yaratmağı və Ayrapetyanın azadlığına nail olmağı tələb ediblər. Nümayişçilər daha sonra Rusiya səfirliyinin önünə gedərək eyni tələblər əks olunan məktubu səfirliyə təqdim ediblər.

Qeyd edək ki, Levon Ayrapetyan dünyanın 10 ən varlı ermənisindən biridir. O, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorudur. Ağdərədə anadan olan bu qarabağlı erməni Azərbaycana qarşı aparılan lobbiçilik fəaliyyətinin əsas fiqurlarındandır.

Onu da qeyd edək ki, bu il aprelin 15-də Levon Ayrapetyan barəsində 4 il azadlıqdan məhrumetmə cəzası qəbul edilib. O, 2010-cu ildə Başqırdıstanın keçmiş senatoru, ömürlük həbsə məhkum olunmuş İqor İzmestyevin anası Tamaradan 700 min dollar pul mənimsəməkdə günahkar bilinib. İstintaqın versiyasına görə, Ayrapetyan bu pul müqabilində keçmiş senatorun hökmünü yüngülləşdirməyə kömək edəcəyinə söz verib, lakin bunu etməyib.

Xatırladaq ki, Levon Ayrapetyan 2014-cü ilin aprelində çirkli pulların yuyulmasında və məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunduğu üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun barəsində 2 aylıq həbs cəzası qəbul edilib.

Aydan