- Köhnə - Region
- 28 Aprel 2016 15:57
- 6 087
Ağdamda ermənilərin dağıtdığı evlərin sayı 76-ya çatdı
Erməni silahlı birləşmələrinin endirdiyi artilleriya zərbələri nəticəsində Azərbaycanın Ağdam rayonunda dağılmış evlərin sayı 76-ya çatıb.
Bu barədə Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.Xatırladaq ki, aprelin 27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
Report.az