Güneyli soydaşlarımız Avropa Parlamentində

Avropa Parlamentinin nümayəndəsi bir qrup Güney Azərbaycan siyasi fəalları ilə görüşüb.

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) mətbuat katibi Əsgər Mujredin AzNews.az-a verdiyi məlumata görə, görüş Avropa Parlamentinin binasında AP üzvü və İran üzrə komissiyanın məsulu prof. Jozef Vaiden Holzer ilə baş tutub.

Məlumatda qeyd olunur ki, Güney Azərbaycan təşkilatlarından olan siyasi fəallar AP nümayəndəsinə qarşılaşdıqları problemlər haqqında geniş məlumat veriblər. Jozef Vaiden Holzer isə siyasi fəallara bildirib ki, onun üçün bu görüşlər əhəmiyyətlidir və AP-nin noyabrın 27-də keçiriləcək İran üzrə komissiyanın yığıncağında bu görüş haqqında ətraflı məlumat verəcək.

İnci

AzNews.az