Dördgünlük döyüşlərdən sonra cəbhə kəndlərindən tapılan - Minalar

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7 aprel – 20 mayda agentlik tərəfindən Bakı, Mingəçevir şəhərlərində, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Zərdab, Şəmkir və Ucar rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.


Axtarış işləri təmas xəttinə yaxın ərazilərdə də aparılıb.

Tərtər rayonunda

Ümumilikdə 15 kənddə o cümlədən Tərtər şəhərində evlər, həyətyanı, əkin sahələri, qəbristanlıq ərazilərinə baxış keçirilib. Adıçəkilən rayonda cəmi 262 ev və həyətyanı sahə, 509 partlayış yeri, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 kənd qəbirstanləğı, 4 ferma, 40 əkin sahəsi, 62 ədəd partlamamış hərbi sursat, 2 ədəd POMZ minası aşkar edilib.

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Qaraxanlı, Hacılar kəndi partlamış sursatın qalıqları təmizlənib. Rayonda 29 ev və həyətyanı sahə, 40 partlayış yeri, 4 əkin sahəsi, 1 ədəd partlamamış hərbi sursat tappılıb.

Ağdam rayonu

Ondan artıq kənddə 48 ev və həyətyanı sahə, 104 partlayış yeri, 1 ferma, 33 əkin sahəsi, 6 ədəd partlamamış hərbi sursat və 6 ədəd piyada əleyhinə mina (PMN) müəyyən edilib.

Goranboy rayonu

136 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 164 partlayış yeri yoxlanılıb. 5 ədəd partlamamış hərbi sursat tapılıb.

Füzuli rayonu

23 ev, 177 partlayış yeri, 45 əkin sahəsi yoxlanılıb. 13 ədəd partlamamış hərbi sursat tapılıb.

Qeyd edilən tarix ərzində təmas xəttində yerləşən rayonlarda 498 ev və həyətyanı sahə, 994 partlayış yeri, 3 kənd orta məktəbi, 2 hərbi hissə, 1 tibb məntəqəsi, 2 kənd qəbirstanlığı, 5 ferma, 87 əkin sahəsi yoxlanılıb. 93 ədəd partlamamış hərbi sursat, 2 ədəd POMZ minası, 6 ədəd PMN minası aşkar edilib.




Bakı şəhərində isə qeyd edilən tarix ərzində 102 ədəd (8 ədəd 100 mm-lik top mərmisi, 8 ədəd – 62 mm-lik minaatan mərmi, 9 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd – 120 mm-lik minaatan mərmi, 1 ədəd 30 mm-lik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd - BM-6 tank mərmisi) müxtəlif çaplı mərmilər aşkar olunaraq, götürülüb.

Ümumilikdə, agentlik tərəfindən 7 aprel – 20 may 2016-cı il tarixləri ərzində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Goranboy, Ucar Tovuz rayonlarında və Bakı və Mingəçevir şəhərlərində 500 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma və əkin sahələrinə baxış kecirilmiş, 1 449 ədəd partlamamış hərbi sursat və 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq, zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Anspress.com