- Köhnə - Region
- 23 May 2016 13:44
- 9 284
Ermənistan ordu rəhbərliyində daha bir - Dəyişiklik
Ermənistan Müdafiə Nazirliyində daha bir kadr dəyişikliyi edilib.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan nazirliyin rabitə və avtomatlaşmış idarəetmə sistemləri idarəsinə yeni rəis təyin edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, həmin posta polkovnik Temur Şahnazaryan təyin edilib.
Xatırladaq ki, bir müddət öncə Ermənistan prezidenti Serj Sarkisyanın imzaladığı fərmanla Baş qərargah rəisinin müavini Movses Akopyan vəzifəsindən azad edilərək başqa bir fərmanla müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin maddi-texniki təminat departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Aydan AXUNDOVA