Aprelin əvvəlində baş vermiş 4 günlük Qarabağ müharibəsi zamanı “yoxa çıxan” polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad olunub. Aprelin əvvəlində baş vermiş 4 günlük Qarabağ müharibəsi zamanı “yoxa çıxan” polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad olunub.

Apreldə “yoxa çıxan” erməni komandir işdən qovuldu - Madagizdən qaçıbmış

Aprelin əvvəlində baş vermiş 4 günlük Qarabağ müharibəsi zamanı “yoxa çıxan” polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad olunub.


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib. O, Əmirxanyanın həqiqətən də, Madagis alayının komandiri vəzifəsindən azad edildiyini bildirib.

Aprel döyüşləri zamanı Ağdərədə dislokasiya olunmuş Madagis polkunun komandiri Əmixanyanın qəribə bir formada harasa "yoxa çıxdığına" və yalnız Moskvada Azərbaycan və Ermənistan Baş gərargah rəisləri arasında şifahi atəşkəs razılığı əldə olunduqdan sonra meydana çıxmasına dair şayiələri isə Ovannisyan təkzib etməyə çalışıb: "Məndə olan məlumata görə, o, aprel müharibəsi zamanı məzuniyyətdə olub".

Jurnalistlərin döyüşlər zamanı alaya kimin rəhbərlik etməsinə dair suallarını cavablandıran Ovannisyan nizamnaməyə görə alay komandiri olmadıqda onun səlahiyyətlərini müavininin icra etdiyini bildirib. Lakin Ovannisyan aprel müharibəsi zamanı alayın komanda heyətinin fəaliyyət səmərəliliyinə qiymət verməkdən imtina edib.



Xatırladaq ki, aprel müharibəsi zamanı tapılmayan və yalnız razılaşma əldə olunduqdan sonra alaya qayıdan Əmirxanyan Ermənistan üçün ağır itkilərlə yadda qalan bu günlərdə "itməsi"nin səbəbini ayağının qırılması və xəstəxanada müalicə alması ilə izah edib. Lakin sözügedən iddia təsdiqini tapmayıb.

Onu da bildirək ki, erməni KİV-lərində Əmirxanyanın daha yüksək vəzifəyə keçiriləcəyi ilə bağlı iddia da yer alıb.

Aydan AXUNDOVA