Rövşən Rzayev: "Bu, gələcəkdə bölgədə miqrasiya problemi yaradacaq” Rövşən Rzayev: "Bu, gələcəkdə bölgədə miqrasiya problemi yaradacaq”

Müsəlman ölkəsindən suriyalı ermənilərə yardım -YENİLƏNİB

Rövşən Rzayev: "Bu, gələcəkdə bölgədə miqrasiya problemi yaradacaq”



Küveytdə səfərdə olan Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan Küveytin Baş nazirinin müavini və Xarici İşlər naziri şeyx Sabah Xalid Əl Hamad Əl Sabahla görüşüb.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflər qarşılıqlı əhəmiyyət kəsb edən mövzulara toxunublar, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Küveytli nazir iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf etdirilməsindən danışıb.

O, Ermənistanda məskunlaşan suriyalı ermənilərə yardım ayıracaqlarını dilə gətirib. "Biz Suriyadakı məlum proseslər səbəbilə qaçqın düşən suriyalı ermənilərə yardım etmək niyətindəyik".

14:58

***

Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rövşən Rzayevin məsələyə münasibətini öyrəndik. Millət vəkili bildirdi ki Küveyt İKT dövlətlərinə hörmətlə yanaşmalıdır.

"Küveyt dövləti İslam ölkəsi kimi İslam Konfransı Təşkilatının qəbul etdiyi qərarlara diqqət və hörmət göstərməlidir. Ermənistanın qanunsuz şəkildə xaricdə yaşayan etnik erməniləri işğal altında olan Azərbaycan ərazilərini köçürməsi bizi çox narahat edir. Bu, gələcəkdə bölgədə miqrasiya probleminin yaranmasına səbəb olacaq".

Sadiq Musa
Vasif Həsənli
AzNews.az