- Köhnə - Region
- 7 İyun 2016 14:37
- 8 455
Partlayışda tarixi abidəyə ziyan dəydi - Fotolar
Xəbər verdiyimiz kimi, bu səhər İstanbulun Vezneciler məhəlləsində terror aktı baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, 36 nəfər yaralanıb.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bomba yüklü maşının partladılması ilə həyata keçirilən terror aktı nəticəsində bir sıra binalara və parklanma vəziyyətində olan maşınlara zərər dəyib. Qanlı terror hücumunda ətrafda olan təhsil müəssisələri, mağazalar və bir otelə ziyan dəyib.
Partlayış nəticəsində memar Sənanın ən mühüm əsərlərindən olan tarixi Şahzadəbaşı məscidinə ciddi zərər dəyib. Məscidin şüşələri qırılıb və divarlarının suvağı tökülüb, interyerinə ziyan dəyib.
Aydan


