Türkiyənin Mardin vilayətində terror aktı törədilib. Türkiyənin Mardin vilayətində terror aktı törədilib.

Türkiyədə növbəti terror – 5 ölü, 51 yaralı (Video + Yenilənib 6)

Türkiyənin Mardin vilayətində terror aktı törədilib.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, polis idarəsinin önündə bomba yüklü maşın partladılıb. Partlayış nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

12:46
***


Türkiyənin Mardin vilayətində baş verən partlayışdan sonra PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, terror aktı nəticəsində çox sayda insan yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Partlayış nəticəsində ətrafdakı binalara da ciddi zərər dəyib.

13:21
***


Mardin vilayətində baş verən qanlı terror aktı nəticəsində 2 polis şəhid olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı təxminən 500 kiloqram bomba yüklü maşının partladılması ilə həyata keçirilib.

13:37
***


Mardində baş verən güclü partlayış nəticəsində 1-i polis olmaqla 2 nəfər vəfat edib.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, terror aktı nəticəsində 23 nəfər yaralanıb.

14:00
***


Qanlı terror aktı nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində yaralananların sayının 30 olduğu bildirilir.

14:21
***


Türkiyədə polis idarəsinə hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, ölənlərdən 2-si polis, 2 nəfər isə mülki vətəndaşdır. Dəhşətli partlayış nəticəsində 34 nəfər yaralanıb.

16:44
***


Türkiyənin Mardin vilayətində törədilmiş terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.

AzNews.az Türkiyə KİV-lərə istinadən xəbər verir ki, Mardin valiliyi hadisədə 5 nəfərin həlak olduğunu, 51 nəfərin yaralandığını açıqlayıb.

Ölənlərdən ikisi polis, üçü isə mülki vətəndaşdır.

Hər iki polis əməkdaşı qadındır.

Aydan AXUNDOVA