Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib. Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib.

Türkiyədə növbəti partlayış - 6 polis yaralandı

Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib.


Zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.


Report.az