- Köhnə - Region
- 25 İyun 2016 21:40
- 8 605
Ankarada sərnişin avtobusuna atəş açıldı - Yaralananlar var
Türkiyənin paytaxtı Ankara şəhərindən hərəkət edən bir sərnişin avtobusuna odlu silahla atəş açılıb.
Atəş nəticəsində 4 nəfər yaralanıb.
Hadisə yerli saatla 17:30-da meydana gəlib.
Avtobus Ankara-Diyarbəkir marşrutu üzrə hərəkət edirmiş. Hərəkətdə olan avtobusa yoldan atəş açılıb.Hadisə yerinə dərhal polis və təcili tibbi yardımın əməkdaşları cəlb olunub.
Mətbuata açıqlama verən Ankara valisi Mehmet Kılıçlar hadisənin terror aktı olmadığını söyləyib. Vali bir çox cinayətdən dolayı təqib edilən bir şəxsin 3 sərnişin avtobusuna atəş açdığını söyləyib.
Ankara valisi həmin şəxsin polislə bir müddət atışmadan sonra ələ keçirildiyini bildirib.
Vali şəxsin maşınında 3 ov tüfənginin tapıldığını söyləyib.
Musavat.com