İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvü həbs olunub. İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvü həbs olunub.

“Terrorla bağlı 20-dək İŞİD üzvü həbs olunub” - Ərdoğan

İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvü həbs olunub.


Bu sözləri terror aktının törədildiyi Atatürk hava limanına baş çəkmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əldə olunan son faktlar İŞİD-in terror aktı ilə əlaqəli olduğunu təsdiqləyir", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə mətbuatı hüquq-mühafizə orqanlarında mənbəyə istinadən özünü partladan terrorçulardan ikisinin Rusiya vətəndaşı Rakim Bulqarov və Vadim Osmanov olduğunu bildirib.

İŞİD üzvü Çeçen əsilli Əhməd Çatayevin Atatürk hava limanında törədilən terror aktının təşkilatçısı olduğu ehtimal edilir.

Türkiyə terror aktının təşkilatçısı olduğu ehtimal edilən Çeçenistanın Veden rayonunun sakini Əhməd Çatayev bir müddət Gürcüstanda yaşayıb. Gürcüstan vətəndaşlığı aldıqdan sonra o, 2015-ci ildə Suriyaya yollanıb.

Bundan əvvəl Türkiyə mətbuatı prokurorluq orqanlarına istinadən Atatürk hava limanında terror aktının icraçılarının Rusiya (Dağıstan), Qırğızıstan və Özbəkistan vətəndaşları olduğu barədə məlumat yayılıb.


Apa.az