“Biz özümüzü müdafiə etmək qüdrətindəyik” “Biz özümüzü müdafiə etmək qüdrətindəyik”

Əhmədinejat: “İsrailin İrana hücum etmək istəməsi uşaq şıltaqlığıdır”

“Biz özümüzü müdafiə etmək qüdrətindəyik”



İran prezidenti Mahmud Əhmədinejat İsrailin ölkəsinə hücum etmək istəməsini "uşaq şıltaqlığı" kimi xarakterizə edib.

AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Əhmədinejat bu fikirləri Pakistanda keçirdiyi mətbuat konfransında səsləndirib. "Biz İsrailin hegemonluğuna qarşıyıq. Onlar İrana hücum etmək istəyirlər, ancaq bu uşaq şıltaqlığına bənzəyir".

O, həmçinin əlavə edib ki, İran heç bir dövlətə hücum etmək niyyətində deyil: "Onlar İran xalqına zərər yetirmək istəyirlər və bunun üçün fürsət gözləyirlər. Onu da bilirlər ki, İran özünü müdafiə etmək qüdrətindədir".

Sadiq Musa
AzNews.az