- Köhnə - Region
- 17 İyul 2016 17:42
- 14 395
İrəvanda silahlılar polis binasını ələ keçirdi - Polis polkovniki öldürüldü (Yenilənib)
Ermənistanda polis idarəsinə edilən hücum nəticəsində öldürülən polis əməkdaşı polkovnik Artur Vanoyandır.
Bu barədə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan məlumat verib. Onun sözlərinə görə, polis polkovniki Aram Hovanesyan, podpolkovnik Hraç Xosteqyan və praporşik Qaqik Mkrtçyan isə güllə yarası alıblar.
Anspress.com
***
11:40
Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir necə nəfər yaralanıb.
Xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.
***
11:19
Bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.
Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisini Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.
Hadisə yerinə əlavə qoşun göndərilib.
Trend.az