- Köhnə - Region
- 20 İyul 2016 12:56
- 9 001
TBMM-də əməliyyat - 30 vəzifəli işsiz qaldı
Türkiyədə hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında aparılan böyük əməliyyat davam edir.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə Böyük Millət Məclisində də aparılıb. Əməliyyat nəticəsində rəhbər şəxslərdən 30-u tutduğu vəzifədən uzaqlaşdırılıb. İşdən çıxarılan 30 personal arasında baş katibin 3 müavini ilə yanaşı çox sayda dairə sədri də var.
İşdən çıxarılmaların alt pillələrdə də davam edəcəyi öyrənilib.
Aydan AXUNDOVA