Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb. Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb.

Ağdam və Tərtərdə partlamamış hərbi sursatlar aşkarlandı

Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb.


Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

İyulun 21-də Ağdam rayonunun Mahrızlı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 2 800 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursatların qalıqları aşkar edilib.

Həmin rayonun Şıxarx kəndində isə 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb.

Trend.az