Türkiyədə çevriliş baş tutsaydı 9 min nəfər öldürüləcəkdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Qaziantepdən millət vəkili Mehmet Ərdoğan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dəstəyi ilə dövlət çevrilişinə cəhd göstərənlərin hədəfinin prezident, baş nazir, nazirlər və millət vəkillərinin də arasında olduğu 9 min nəfəri öldürmək olduğunu irəli sürüb.


Ərdoğan çox qanlı bir çevrilişin planlaşdırıldığını, ancaq bunu prezident Ərdoğanın dəvətilə küçəyə çıxan xalqın qarşısını aldığını deyib.

O, dövlət qurumlarında FETÖ terror təşkilatının ciddi quruculuq içərisində olduğunu vurğulayıb. Paralel konfiqurasiyanın rəsmi qurumlarda ciddi bir gücə sahib olduğunu, eyni zamanda 50-100 milyard dollarlıq bir qaynağı da olduğunu irəli sürən Mehmet Ərdoğan deyib: "Bu qədər gücə malik bir təşkilatın buna baxmayaraq, çevrilişə getməsinin səbəbi üstün ağıldır. Bunlara kim göstəriş verib? Göstəriş verənlərin yeni bir şeylər etməsi lazım idi. Onun üçün belə edilib. O zaman ağla MKİ gəlir. Çünki illərdir Fətullah Gülən Amerikadadır. Pensilvaniyada MKİ-nin qucağındadır, FBI-nın yaxınlığındakı 400 hektar ərazidə mühafizə edilir. Fətullah Gülən bir kukladır və MKİ ona çevriliş etdirəcəkdi".

Qanlı çevriliş planlaşdırılmışdı

Millət vəkili 17-25 dekabr prosesinin birinci və qansız çevriliş planı olduğunu iddia edib. Onun fikrincə, 15 iyulda qanlı çevriliş təşkil edilmişdi: "17-25 dekabrda hədəfləri qansız bir çevriliş zərbə idi. 15 iyuldakı isə qanlı və minlərlə insanın ölümünə səbəb olacaq bir çevriliş cəhdidir. Bunların arxalarından MKİ və ABŞ çıxır. Bəs ABŞ və MKİ niyə ehtiyac hiss etdi? Suriyada marksist - leninist bir dövlət yaratmaq istəyirdilər və Türkiyə bunun əleyhinə çıxdı. Buna baxmayaraq, Qərb və Amerika Suriyaya silah daşımağı davam etdirib. Bu çevriliş təşəbbüsünün hədəfində Türkiyəni bölüb-parçalamaq var. Bunu prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəlcə xalqı xəbərdar etməsi, arxasından kəfənini geyib sahəyə enməsi və xalqı küçəyə çağırması, milyonların axın-axın sahəyə getməsi qarşısını aldı. Hər tankın üstündə 3-5 şəhidimiz var. Xalq axın-axın güllənin üstünə, tankın üzərinə yeridi".

Hədəfləri millət vəkillərini qətlə yetirmək idi

Psikopat adlandırdığı çevriliş hazırlayanların Türkiyə Böyük Millət Məclisini (TBMM) açıq hədəf seçdiklərini və məqsədlərinin parlament sistemini yox edərək Türkiyəni qan gölünə çevirmək istədiyini iddia edib: "Bunun üçün TBMM-ni yerlə bir etmək istədilər. O gecə 3 dəfə Məclis bağına enməyə cəhd edib helikopter, sahə uyğun olmadığı üçün enmədi. Polislərin qarşılıq verməsindən sonra bombalar atıldı. O atılan bombadan Hatay millət vəkilimiz Hacı Bayram Türkoğlu, həyat yoldaşı və qızı yaralanıb. Ondan sonra bunlar helikopterdən silahlarla bunları darayır. Deputatımızın xanımı iki qolundan güllələndi. Onların hədəfləri Məclisdəki bütün deputatları qətlə yetirmək olub. Hədəflərində prezident, baş nazir, nazirlər və millət vəkillərini parlamentlə birlikdə yox etmək idi. Türkiyədə qanlı çevriliş meydana gətirmək idi, ancaq xalqımızın iradəsi ilə bunun qarşısı alındı".

Gecə 3-də olsaydı, on minlər şəhid ola bilərdi

Çevriliş cəhdinin gecə saat 03:00-da başlamasının daha qanlı bir tabloya yol açacağını da dilə gətirən Mehmet Ərdoğan vurğulayıb: "Çevriliş cəhdi planlaşdırdıqları saatda edilsəydi, çox qanlı olur, amma yenə qarşısı alınardı. Türkiyə kimi ölkədə artıq çevrilişlərə yer yoxdur. Buna imkan verməz xalq. Gecə olsaydı oyananlar axın-axın mübarizə aparacaqdı, amma o mübarizədə şəhid sayımız çoxalacaq, bəlkə, on minlər öləcəkdi".
O, dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ən böyük amilinin isə prezident Ərdoğanın dəvətilə demokratiya və azadlıq üçün küçəyə tökülən xalq olduğunu qeyd edib.


Modern.az