İsmayıllı rayonuna güclü leysan və dolu düşüb. İsmayıllı rayonuna güclü leysan və dolu düşüb.

Evləri su basdı, kəndlərlə əlaqə kəsildi - İsmayıllıda leysan + Video

İsmayıllı rayonuna güclü leysan və dolu düşüb.


Yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu və Çayqovuşan kəndlərini əhatə edib. Təbiət hadisəsi nəticəsində evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ciddi ziyan dəyib. Göyçay çayının qollarında daşmalar əmələ gəlib. Nəticədə fərdi təsərrüfatlara, meyvə ağaclarına ziyan dəyib.

Hazırda sözügedən kəndlərə gediş-gəliş qismən məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.

Region TV